24 oktyabr 2026. Şənbə

“El-Klasiko” həyat-memat məsələsidir”


“El-Klasiko” həyat-memat məsələsidir”

“Barselona”nın mərkəz yarımmüdafiəçisi Qavi İspaniya çempionatının IX turunda Madrid “Real”ı ilə keçiriləcək qarşılaşma ilə bağlı gözləntilərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, futbolçu La Liqada vacib xallar uğrunda mübarizə baxımından bu oyunun xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Bu, həyat-memat məsələsidir. Çünki La Liqada çox vacib xallar qazanmaq mümkündür. Çempionlar Liqasında bəlkə də hələ bu dərəcədə həlledici məqam olmayıb, baxmayaraq ki, hər iki oyun vacibdir. Bu, “El-Klasiko”dur və futbol dünyasının ən gözəl hadisələrindən biridir.

Çətin qarşılaşma olacaq. Düşünürəm ki, hər iki komanda meydanda nə etməli olduğunu yaxşı bilir. Nə baş verməsindən asılı olmayaraq, oyunun əvvəlindən sonuna qədər, bütün 90 dəqiqə ərzində əlimizdən gələni etməliyik”, – deyə Qavinin sözlərini "RMC Sport" yayıb.

Qeyd edək ki, “Barselona” – “Real Madrid” qarşılaşması oktyabrın 25-də “Kamp Nou” stadionunda keçiriləcək. Bakı vaxtı ilə matç oktyabrın 26-na keçən gecə saat 00:00-da başlayacaq.







İspaniya L.L.

“Uduzmağı sevmirəm”
  • İspaniya L.L.
  • 01:15 23.10.2026
“Uduzmağı sevmirəm”