24 oktyabr 2026. Şənbə

“Rasinq” “Espanyol” üzərində əzmkar qələbə qazandı


“Rasinq” “Espanyol” üzərində əzmkar qələbə qazandı

İspaniya çempionatının X turunda “Rasinq” doğma meydanda “Espanyol”u 2:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində komandalar fərqlənə bilməyiblər.

İkinci hissədə isə hesab açılıb. 62-ci dəqiqədə Edu Espozito “Espanyol”u hesabda önə çıxarıb. Lakin meydan sahibləri cəmi yeddi dəqiqə sonra cavab qolunu vurublar. Januel Belosyan 69-cu dəqiqədə tarazlığı bərpa edib.

Matçın taleyi 84-cü dəqiqədə həll olunub. Yassir Zabiri rəqib qapısına yol taparaq “Rasinq”ə 2:1 hesablı qələbə qazandırıb.







İspaniya L.L.

“Uduzmağı sevmirəm”
  • İspaniya L.L.
  • 01:15 23.10.2026
“Uduzmağı sevmirəm”