25 oktyabr 2026. Bazar günü

Kurtua “El-Klasiko”nu buraxa bilər


Kurtua “El-Klasiko”nu buraxa bilər

“Real Madrid”in qapıçısı Tibo Kurtua qrip səbəbindən İspaniya çempionatının X turunda “Barselona”ya qarşı keçiriləcək oyunu buraxa bilər. 

90deqiqe.Az-ın “The Athletic” nəşrinə istinadən məlumatına görə, bununla belə, belçikalı qolkiper “El-Klasiko”da meydana çıxacağına ümid edir. Təcrübəli qolkiper özünü nikbin hiss edir və qarşılaşmada iştirak etməyi planlaşdırır. Buna baxmayaraq, Madrid klubu futbolçunun səhhəti ilə bağlı ehtiyatlı davranır.

Qapıçının oyunda iştirak edib-etməyəcəyi onun axşam saatlarında özünü necə hiss etməsindən asılı olacaq. Son qərarın bundan sonra veriləcəyi gözlənilir.

“Barselona” – “Real Madrid” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







İspaniya L.L.

Kurtua “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 16:41 25.10.2026
Kurtua “El-Klasiko”nu buraxa bilər