25 oktyabr 2026. Bazar günü

“Ən sevimli “El-Klasiko”m Messinin son dəqiqə qolu vurduğu oyundur”


“Ən sevimli “El-Klasiko”m Messinin son dəqiqə qolu vurduğu oyundur”

“Barselona”nın sabiq müdafiəçisi Jordi Alba karyerası ərzində ən çox yadında qalan “El-Klasiko” qarşılaşmasından danışıb. 

90deqiqe.Az-ın “The Touchline”yə istinadən məlumatına görə, o, Lionel Messinin son dəqiqələrdə vurduğu qolla yadda qalan oyunu seçib.

“Ən sevimli “El-Klasiko”m? “Santyaqo Bernabeu”da 3:2 hesabı ilə qalib gəldiyimiz oyun. Həmin vaxt Lionel Messi son dəqiqədə qol vurmuşdu”

Qeyd edək ki, Alba 2017-ci ilin aprelində keçirilən qarşılaşmanı nəzərdə tutur. Həmin matçda “Barselona” səfərdə “Real Madrid”i 3:2 hesabı ilə məğlub edib. Messi görüşdə dubl edib və ikinci qolunu 90+2-ci dəqiqədə vurub.

Məhz bu oyunda argentinalı ulduz formasını çıxararaq “Real Madrid” azarkeşlərinin olduğu tribunaya göstərməklə futbol tarixinin ən yaddaqalan qol sevinclərindən birini yaşayıb.







İspaniya L.L.

Kurtua “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 16:41 25.10.2026
Kurtua “El-Klasiko”nu buraxa bilər