25 oktyabr 2026. Bazar günü

“Atletik Bilbao” “Xetafe”ni darmadağın etdi


“Atletik Bilbao” “Xetafe”ni darmadağın etdi

İspaniya La Liqasının 10-cu turunda “Atletik Bilbao” doğma meydanda “Xetafe”ni 4:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, bask təmsilçisi qarşılaşmanın ilk hissəsində iki qol vuraraq üstünlüyü ələ alıb. 17-ci dəqiqədə Aleks Berenger hesabı açıb. 35-ci dəqiqədə isə İnyaki Vilyams fərqi iki topa çatdırıb.

İkinci hissədə də hücumlarını davam etdirən meydan sahibləri 70-ci dəqiqədə Aytor Paredesin qolu ilə hesabı 3:0-a çatdırıblar.

Matçın yekun nəticəsini isə 88-ci dəqiqədə Yuri Berçiçe müəyyənləşdirib. Beləliklə, “Atletik Bilbao” doğma azarkeşləri önündə inamlı qələbə qazanıb.







İspaniya L.L.

Kurtua “El-Klasiko”nu buraxa bilər
  • İspaniya L.L.
  • 16:41 25.10.2026
Kurtua “El-Klasiko”nu buraxa bilər