- İspaniya L.L.
- 23:39 25.10.2026
İspaniya La Liqasının 10-cu turunda “Real Sosyedad” doğma meydanda “Levante”ni 2:1 hesabı ilə məğlub edib.
90deqiqe.Az xəbər verir ki, San-Sebastyan təmsilçisi matça fəal başlayıb və artıq 6-cı dəqiqədə Orri Oskarssonun qolu ilə hesabı açıb.
“Levante” 23-cü dəqiqədə Naço Peresin qolu ilə tarazlığı bərpa etsə də, meydan sahibləri cəmi dörd dəqiqə sonra yenidən önə keçiblər. 27-ci dəqiqədə Benyat Turrientes fərqlənərək “Real Sosyedad”a qələbə qazandıran qolu vurub.
Qarşılaşmada hər üç qol ilk hissədə qeydə alınıb. Fasilədən sonra hesab dəyişməyib.
“Real Sosyedad”ın rusiyalı yarımmüdafiəçisi Arsen Zaxaryan matça 85-ci dəqiqədə daxil olub, lakin məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.