- İspaniya L.L.
- 02:19 26.10.2026
Madrid “Real”ının hücumçusu Kilian Mbappe “Barselona” ilə “El-Klasiko”da dubl edib.
90deqiqe.Az xəbər verir ki, fransalı futbolçu “Kamp Nou”da keçirilən qarşılaşmanın 41-ci dəqiqəsində hesabı açıb. O, 87-ci dəqiqədə ikinci qolunu vuraraq komandasını yenidən önə keçirib – 2:1.
Bu, 27 yaşlı hücumçunun yeddi “El-Klasiko”da vurduğu səkkizinci qol olub. Mbappe 2024-cü ilin yayından Madrid klubunun formasını geyinir.
Ümumilikdə, fransalı futbolçunun “Real”ın heyətində keçirdiyi 116 oyunda 100 qolu var.
“El-Klasiko” tarixinin ən məhsuldar futbolçusu Lionel Messidir. Argentinalı ulduz bu qarşılaşmalarda 26 dəfə fərqlənib. Kriştianu Ronaldu və Alfredo Di Stefano isə hərəyə 18 qolla ikinci yeri bölüşürlər.
Qeyd edək ki, “Real Madrid” bu qələbə ilə “Barselona”ya cari La Liqa mövsümündə ilk məğlubiyyətini yaşadıb.