26 oktyabr 2026. Bazar ertəsi

Rafinya La Liqada Kriştiano Ronaldonun rekordunu təkrarladı


Rafinya La Liqada Kriştiano Ronaldonun rekordunu təkrarladı

“Barselona”nın hücumçusu Rafinya Dias cari mövsüm İspaniya La Liqasında yüksək məhsuldarlığı ilə diqqət çəkir.

90deqiqe.Az “Stats Foot”a istinadən xəbər verir ki, braziliyalı futbolçu “Real Madrid”lə “El-Klasiko”da da fərqlənib. Kataloniya klubunun kapitanı matçın 61-ci dəqiqəsində qol vuraraq hesabı bərabərləşdirib – 1:1.

Rafinya La Liqanın ilk 10 turunda 13 qol vuran Kriştiano Ronaldodan sonra bu göstəriciyə çatan ilk futbolçu olub. Portuqaliyalı ulduz 2014/2015 mövsümündə “Real Madrid”in heyətində ilk 10 turda 17 dəfə fərqlənmişdi.

Rafinya cari La Liqa mövsümünün bombardirlər yarışına başçılıq edir. O, “El-Klasiko”da da qol vuran Kilian Mbappeni qabaqlayır. Fransalı hücumçunun hesabında 10 qol var.







İspaniya L.L.