26 oktyabr 2026. Bazar ertəsi

“Mbappeni təhlükəli edən məhz budur”


“Mbappeni təhlükəli edən məhz budur”

“Barselona”nın sabiq hücumçusu Zlatan İbrahimoviç İspaniya La Liqasının 10-cu turunda “Real Madrid”in forvardı Kilian Mbappenin kataloniyalıların qapısına vurduğu ilk qolu şərh edib.

90deqiqe.Az xəbər verir ki, isveçli sabiq futbolçu fransalı hücumçunun oyun zəkasını və meydanda düzgün qərarlar vermək bacarığını xüsusi vurğulayıb.

“O, çox ağıllı futbolçudur. Lazım olduğundan artıq heç nə etmir. Nə vaxt hərəkətə keçməyi, boş zonaya nə vaxt qaçmağı və hücumu nə vaxt tamamlamalı olduğunu dəqiq bilir. Onu bu qədər təhlükəli edən də məhz budur”, – deyə İbrahimoviç bildirib.

Qeyd edək ki, “El-Klasiko”da Mbappe dubl edib. Fransalı hücumçu 41-ci və 87-ci dəqiqələrdə fərqlənib. “Barselona”nın heyətində isə Rafinya qol vurub.







İspaniya L.L.