- İspaniya L.L.
- 02:19 26.10.2026
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq İspaniya La Liqasının “Real Madrid”ə qarşı ev oyununda meydana çıxıb.
90deqiqe.Az xəbər verir ki, 29 yaşlı niderlandlı futbolçu ikinci hissədə əvəzetmədən oyuna daxil olub. Bu, onun 2026/2027 mövsümündə ilk matçı olub.
Frenki de Yonq “El-Klasiko”da hesab 1:1 olarkən meydana daxil olub.
De Yonq 2026-cı il dünya çempionatı zamanı dizindən zədə alıb və uzun müddət bərpa prosesi keçib. Nəhayət, yarımmüdafiəçi yenidən komandasının sıralarına qayıdıb.
Qeyd edək ki, “Barselona” çempionatın əvvəlki doqquz turunda maksimum nəticə göstərərək 27 xal toplayıb. “Real Madrid”in hesabında isə 21 xal olub.