27 oktyabr 2026. Çərşənbə axşamı

“Qızıl top”da ilk mükafatın sahibi bəlli oldu


“Qızıl top”da ilk mükafatın sahibi bəlli oldu

İngiltərənin paytaxtı Londonda “Qızıl top” mükafatının təqdimetmə mərasimi başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, gecənin ilk mükafatı artıq sahibini tapıb. “Barselona”nın və İspaniya millisinin cinah hücumçusu Lamin Yamal ilin ən yaxşı gənc futbolçusuna verilən mükafata layiq görülüb.

Maraqlıdır ki, 18 yaşlı futbolçu bu mükafatı ardıcıl üçüncü dəfə qazanıb.

Lamin Yamalın bu axşam əsas mükafata – “Qızıl top”a da sahib olmaq ümidi var. Mərasimin gec başlamasını nəzərə alsaq, baş mükafatın Bakı vaxtı ilə saat 02:00-dan sonra təqdim ediləcəyi gözlənilir.

 







İspaniya L.L.

 “Bu yaşda etdikləri inanılmazdır”
  • İspaniya L.L.
  • 01:17 27.10.2026
“Bu yaşda etdikləri inanılmazdır”