- İspaniya L.L.
- 01:17 27.10.2026
“Bavariya”nın hücumçusu Harri Keyn “Qızıl top”un təqdimetmə mərasimində “Barselona”nın vingeri Lamin Yamal haqqında fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, "Barca Universal" nəşri Keynin Yamal haqqında fikirlərini belə çatdırıb:
“Yamal inanılmazdır. Onun bu yaşda etdikləri həqiqətən heyrətamizdir. Mən onun yaşında müxtəlif klublarda icarə əsasında çıxış edirdim. O, karyerasına çox parlaq başlayıb. Belə erkən yaşda qazandığı uğurlar istedadının nə qədər böyük olduğunu göstərir”.
Nüfuzlu fərdi mükafatın qalibinin açıqlanacağı mərasimdə iştirak etmək üçün namizədlər Londona gəliblər.
Qeyd edək ki, 33 yaşlı ingiltərəli Harri Keyn və 19 yaşlı ispaniyalı Lamin Yamal Madrid “Real”ının hücumçusu Kilian Mbappe ilə birlikdə “Qızıl top” uğrunda mübarizənin əsas favoritləri sırasında göstərilirlər.