- İspaniya L.L.
- 02:28 27.10.2026
İspaniya millisinin və Bilbao “Atletik”inin qapıçısı Unay Simon “Qızıl top” mükafatının təqdimetmə mərasimində ilin ən yaxşı qapıçısı adına layiq görüldükdən sonra çıxış edib.
90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı qolkiper İspaniya millisinin 2026-cı il dünya çempionatında çempionluq qazanmasına töhfə verib. O, turnir ərzində cəmi bir qol buraxıb.
Actu Foot nəşri Simonun mükafatlandırma mərasimindəki çıxışını belə təqdim edib:
“Futbol kuboklardan, qələbələrdən və fərdi mükafatlardan daha böyük məna daşıyır. Ən vacibi bizdən sonra qalan irsdir. İnsanların bizi yaxşı insan və komanda yoldaşı kimi xatırlaması önəmlidir. Bu, böyük bir imtiyazdır, lakin hər zaman ayağımızı yerə möhkəm basmalıyıq”.
Xatırladaq ki, 2026-cı il dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Ferran Torresin vurduğu qol sayəsində Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.