- İspaniya L.L.
- 00:50 28.10.2026
“Barselona”nın və İspaniya millisinin cinah hücumçusu Lamin Yamal 2026-cı il “Qızıl top” mükafatının yubiley təqdimetmə mərasiminin nəticələrini şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, o, gələcəkdə bu mötəbər mükafata sahib olacağına əminliyini ifadə edib.
“Hər şeyin öz vaxtı var. Yaxşı şeylər səbir tələb edir və mən addım-addım qurduğum yola tam güvənirəm. Heç yerə tələsməyə ehtiyac yoxdur. Ümidliyəm və bir gün mənim də vaxtımın mütləq gələcəyinə qəti şəkildə inanıram.
Bu axşam qalib gələn hər kəsi təbrik edirəm! İndi isə bütün diqqətimi ən vacib məsələyə — “Barselona”ya yenidən qələbələr qazanmağa kömək etməyə yönəldirəm”.
Xatırladaq ki, “France Football” jurnalının versiyasına əsasən, 2026-cı ilin “Qızıl top” mükafatına karyerasında ilk dəfə 33 yaşlı ingiltərəli hücumçu, Münhenin “Bavariya” klubunun futbolçusu Harri Keyn layiq görülüb.