28 oktyabr 2026. Çərşənbə

“Futbol sənə layiq deyil” - sabiq futbolçudan Mbappeyə dəstək


“Futbol sənə layiq deyil”  - sabiq futbolçudan Mbappeyə dəstək

Fransanın bir sıra klublarında çıxış etmiş sabiq futbolçu Harison Manzala Madrid “Real”ının hücumçusu Kilian Mbappenin “Qızıl top” səsverməsində ikinci yeri tutmasına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, Manzala sosial şəbəkə hesabında yazıb:

“Futbol sənə layiq deyil. Onlar sənə paxıllıq edirlər. Karyeranı bitir, futbolla məşğul olmağı dayandır. Artıq özünü sübut etməyə ehtiyacın yoxdur”.

Qeyd edək ki, fransalı ulduz səsvermədə Harri Keyndən geri qalaraq ikinci olub. KİV-in məlumatına görə, “Bavariya”nın hücumçusu Mbappeni cüzi fərqlə qabaqlayıb.

Əlavə edək ki, Ötən mövsüm Mbappe “Real”ın heyətində 44 oyunda 42 qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.

2026-cı il dünya çempionatında isə Fransa millisi dördüncü yeri tutub.







İspaniya L.L.

 “Bu yaşda etdikləri inanılmazdır”
  • İspaniya L.L.
  • 01:17 27.10.2026
“Bu yaşda etdikləri inanılmazdır”