28 oktyabr 2026. Çərşənbə

Tebas Mbappenin sözləri ilə bağlı yaranan qalmaqalı həll etmək üçün Çin səfiri ilə görüşüb


Tebas Mbappenin sözləri ilə bağlı yaranan qalmaqalı həll etmək üçün Çin səfiri ilə görüşüb

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın hücumçusu Kilian Mbappenin açıqlamaları ətrafında yaranan münaqişəni yoluna qoymaq məqsədilə Çinin İspaniyadakı səfiri ilə görüşdüyünü bildirib.

90deqiqe.Az xəbər verir ki, Tebas sosial şəbəkə hesabında yazıb:

“Bizim münasibətlərimiz qarşılıqlı hörmət və etimad üzərində qurulub. Ümumi öhdəliyimiz birlikdə irəliləməyə davam etmək, hər hansı ayrı-ayrı hadisənin əldə olunan tərəqqiyə və milyonlarla çinli azarkeşə zərər vurmasına imkan verməməkdir. Çin La Liqanın əsas strateji tərəfdaşı olub, bu gün də belədir və gələcəkdə də belə qalacaq”.

La Liqanın rəhbəri qeyd edib ki, son illərdə qurum Çin hakimiyyəti, futbol təşkilatları, audiovizual yayım şirkətləri və biznes nümayəndələri ilə əməkdaşlıq edib. Tebas Çinlə tərəfdaşlıq sazişlərinin gələcəkdə də uğurla davam etməsini istəyir.

Xatırladaq ki, Mbappe daha əvvəl qalmaqalın mərkəzinə düşüb. Futbolçunu onun Çin lideri Mao Tszedunla müqayisə edildiyi və sonuncunun “Çin diktatoru” kimi təqdim olunduğu mem əyləndirib. Mbappenin reaksiyası Çində narazılığa səbəb olub.

KİV-in məlumatına görə, bundan sonra ölkədə İspaniya çempionatının oyunlarının yayımlanmayacağı bildirilib.







İspaniya L.L.

 “Bu yaşda etdikləri inanılmazdır”
  • İspaniya L.L.
  • 01:17 27.10.2026
“Bu yaşda etdikləri inanılmazdır”