- İspaniya L.L.
- 22:32 28.10.2026
İspaniya Kral Futbol Federasiyası (RFEF) Toledoda baş verən dəmir yolu qəzası ilə əlaqədar ölkə kubokunun I təsnifat mərhələsində keçirilməsi nəzərdə tutulan 24 oyunu təxirə salıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Qərar faciə nəticəsində həlak olanların xatirəsinə ehtiram və zərərçəkənlərlə həmrəylik məqsədilə qəbul edilib.
Bildirilib ki, təxirə salınan qarşılaşmaların yeni tarixləri və başlama saatları barədə məlumat yaxın günlərdə açıqlanacaq.
Federasiyanın bəyanatında İspaniya futbol ictimaiyyətinin faciə ilə əlaqədar dərin hüzn içində olduğu vurğulanıb. RFEF, həmçinin zərərçəkənlərə yardım göstərilməsi üçün aidiyyəti qurumlarla əməkdaşlığa hazır olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 28-də Toledo vilayətində iki sürət qatarının toqquşması nəticəsində çoxsaylı insan həlak olub, onlarla şəxs xəsarət alıb. Qəzanın nəticələri ilə bağlı məlumatlar yenilənir.