- İspaniya L.L.
- 22:32 28.10.2026
“Real”ın sabiq kapitanı Dani Karvaxal ötən mövsüm Federiko Valverde ilə Orelyen Tçuameni arasında yaşanan insident barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, o, “El Larguero” verilişində məsələ ilə bağlı danışarkən soyunub-geyinmə otağında baş verənlərin məxfi qalmasının vacibliyini vurğulayıb:
“Xeyr, bu, o qədər də ciddi məsələ deyildi. “Real”da uzun illər keçirmişəm. Elə vaxtlar olub ki, iş dava-dalaşa qədər gedib çıxıb, amma ciddi nəticələr yaranmayıb. Bu hadisədə ən qəribə məqam məlumatın mətbuata sızdırılması idi. Cəmi yarım saat sonra xəbər artıq mediada yayılmışdı. Əminəm ki, soyunub-geyinmə otağında baş verənlər elə orada da qalmalıdır”.
Qeyd edək ki, həmin hadisə zamanı futbolçular arasında münaqişə yaranmış, hətta uruqvaylı yarımmüdafiəçi Valverde başından xəsarət almışdı. Madrid klubu insidentdən sonra hər iki futbolçunu cərimələmişdi.
4 yaşlı Dani Karvaxal hazırda “Xetafe”nin formasını geyinir.