- İspaniya L.L.
- 22:32 28.10.2026
“Real” futbolçuları və məşqçiləri İspaniyanın Toledo əyalətində baş vermiş dəmir yolu qəzasında həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
90deqiqe.Az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Joze Mourinyonun rəhbərlik etdiyi komanda İspaniya çempionatının XI turunda “Rasinq”lə keçirəcəyi səfər matçına hazırlıq çərçivəsində çərşənbə günü məşqə çıxıb. Məşq bir dəqiqəlik sükutla başlayıb.
Məlumata görə, iki sürətli qatarın toqquşması nəticəsində azı 68 nəfər həlak olub.
Qeyd edək ki, “Rasinq” – “Real” qarşılaşması noyabrın 1-də Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.