30 oktyabr 2026. Cümə

La Liqada oktyabr ayının ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb


La Liqada oktyabr ayının ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

İspaniya La Liqasının mətbuat xidməti oktyabr ayının ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, mükafat uğrunda “Real Madrid”in hücumçusu Kilian Mbappe, “Barselona”nın vingeri Lamin Yamal, “Atletiko”nun müdafiəçisi Alexandro Qrimaldo, “Real Sosyedad”ın vingeri Qonsalu Qedeş və “Elçe”nin qapıçısı Matias Dituro mübarizə aparacaqlar.

Namizədlərin oktyabr ayındakı statistik göstəriciləri belədir:

  • Kilian Mbappe – La Liqada üç oyunda dörd qol vurub.

  • Lamin Yamal – üç oyunda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

  • Alexandro Qrimaldo – üç oyunda bir qol vurub və bir məhsuldar ötürmə edib.

  • Qonsalu Qedeş – üç oyunda iki qol və bir məhsuldar ötürmə ilə fərqlənib.

  • Matias Dituro – üç oyunda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, sentyabr ayının La Liqada ən yaxşı futbolçusu adına “Barselona”nın braziliyalı vingeri Rafinya layiq görülüb.







İspaniya L.L.