31 oktyabr 2026. Şənbə

Flik Baldenin əsas heyətdə oynamamasının səbəbini açıqladı


Flik Baldenin əsas heyətdə oynamamasının səbəbini açıqladı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiəçi Alexandro Baldenin niyə start heyətində yer almadığını izah edib.

90deqiqe.Az-ın “AS”a istinadən məlumatına görə, almaniyalı mütəxəssis futbolçunun hazırda özünəinam çatışmazlığı yaşadığını bildirib.

“Baldeyə gəlincə, ola bilsin ki, hazırda onun həm öz oyunu, həm də qurmağa çalışdığımız futbol üçün zəruri olan özünəinamı çatmır. O, bu inamı yenidən qazanmalıdır”

Daha əvvəl məlumat yayılmışdı ki, “Barselona”da yaranan kadr problemləri səbəbindən müdafiəçi qarşıdakı matçda bu mövsüm ilk dəfə start heyətində meydana çıxa bilər.

Qeyd edək ki, 23 yaşlı Balde cari mövsümdə Kataloniya klubunun üç oyununda iştirak edib. İspaniyalı futbolçu bu matçlarda məhsuldar göstərici ilə yadda qalmayıb.







İspaniya L.L.