- İspaniya L.L.
- 23:46 31.10.2026
Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 11-ci turunda “Levante” üzərində qazanılan 2:0 hesablı qələbəni və komandasının turnir cədvəlinin zirvəsinə yüksəlməsini şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis fikirlərini “Marca” nəşri ilə bölüşüb.
“Matç bizim üçün çətin başladı. Yan Oblak yaxşı seyvlə komandasını xilas etdi. Daha sonra rəqibə necə zərbələr endirməli olduğumuzu anlamağa başladıq. Ardınca ləğv edilən qol və Qrimaldonun qolu gəldi. Oyunun hansı istiqamətdə inkişaf etdiyini anlayırdıq. İkinci hissə isə əla keçdi. Məşqlərimizi izləyənlər bu istiqamətdə işlədiyimizi bilirlər.
Birinci pillədə olmaq vacib məqamdır. Çempionat çox uzundur və bizi hansı yolun gözlədiyini bilirik. Oyundan-oyuna irəliləyirik, amma nəyə nail olmalı olduğumuzu anlayırıq. Daim inkişaf prosesində olduğumuzu deyirəm. Bu yolda irəliləməyə davam edirik”, – deyə Simeone bildirib.
Qeyd edək ki, “Atletiko” 11 turdan sonra 28 xal toplayaraq La Liqanın lideridir. “Levante” isə 10 xalla 16-cı pillədə qərarlaşıb.