31 oktyabr 2026. Şənbə

Dieqo Simeone La Liqada rekordunu təkrarlayıb


Dieqo Simeone La Liqada rekordunu təkrarlayıb

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone La Liqada klub rəhbəri kimi qazandığı qələbələrin sayına görə turnirin rekordunu təkrarlayıb.

90deqiqe.Az-ın “Opta”ya istinadən məlumatına görə, bu, İspaniya çempionatının 11-ci turunda “Atletiko”nun səfərdə “Levante”ni 2:0 hesabı ilə məğlub etdiyi görüşdə baş verib.

Bu qələbə Simeone üçün La Liqada baş məşqçi kimi keçirdiyi 565 oyunda 344-cü olub. Argentinalı mütəxəssisin hesabında 123 heç-heçə və 98 məğlubiyyət də var.

Beləliklə, Simeone Luis Araqonesin rekordunu təkrarlayıb. Araqones də La Liqada baş məşqçi kimi 344 qələbə qazanıb, lakin buna 756 matçda nail olub.

Qeyd edək ki, “Atletiko” 11 turdan sonra 28 xalla turnir cədvəlinə başçılıq edir. “Levante” isə 10 xalla 16-cı pillədə qərarlaşıb.







İspaniya L.L.

“Hələ inkişaf prosesindəyik”
  • İspaniya L.L.
  • 22:15 31.10.2026
“Hələ inkişaf prosesindəyik”