- İspaniya L.L.
- 23:46 31.10.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 11-ci turunda “Alaves”ə qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında qələbənin vacibliyini vurğulayıb:
“Sabah ən vacib məsələ qələbə qazanmaqdır. Komanda yaxşı oynayır və öz gücümüzə inanırıq. Yaxşı məşq prosesi keçirdiyimizi və futbolçuların əhval-ruhiyyəsinin yüksək olduğunu gördüm. Sabah bunu meydanda göstərməliyik. “Alaves” yaxşı müdafiə olunmağı bacaran komandadır. Amma biz “Barselona”yıq və ən yaxşı oyunumuzu göstərmək istəyirik.
Son matçlarda iki məğlubiyyətə gəlincə, bu, uzun bir yoldur. Kuboklar uğrunda mübarizənin nəticəsini yalnız mövsümün sonunda görəcəyik. Komandamız məğlub oldu və bu, heç kimin xoşuna gəlmir. Bunu qəbul etməliyik. Qələbə qazana bilərdik, amma məğlubiyyətlə barışmalı və ondan dərs çıxarmalıyıq”, – deyə Flik bildirib.
Qeyd edək ki, qarşılaşma Barselonadakı “Spotify Kamp Nou” stadionunda baş tutacaq.