1 noyabr 2026. Bazar günü

Rafinya ötən mövsümün qol sayını geridə qoyub


Rafinya ötən mövsümün qol sayını geridə qoyub

“Barselona”nın hücumçusu Rafinya Dias İspaniya La Liqasının cari mövsümündə yüksək məhsuldarlıq nümayiş etdirir.

90deqiqe.Az xəbər verir ki, braziliyalı futbolçu çempionatın 11-ci turunda “Alaves”lə keçirilən matçın ilk hissəsində iki dəfə fərqlənib.

Beləliklə, “Barselona”nın kapitanının cari mövsümdə 10 oyunda vurduğu qolların sayı 15-ə çatıb. Bu göstərici onun ötən mövsüm 22 qarşılaşmada vurduğu 13 qoldan çoxdur.

Qeyd edək ki, Rafinya əvvəlki illərdə əsasən hücumun cinahlarında və “10 nömrə” mövqeyində çıxış edib. Cari mövsümdə isə hücumçu mövqeyinə keçirilib.

“Barselona” – “Alaves” matçının ilk hissəsi meydan sahiblərinin 4:0 hesablı üstünlüyü ilə başa çatıb.







İspaniya L.L.

“Hələ inkişaf prosesindəyik”
  • İspaniya L.L.
  • 22:15 31.10.2026
“Hələ inkişaf prosesindəyik”