- İspaniya L.L.
- 02:23 01.11.2026
“Barselona”nın braziliyalı hücumçusu Rafinya Dias İspaniya çempionatının ilk 10 turunda vurduğu qolların sayına görə XXI əsrin ən yaxşı göstəricilərindən birinə imza atıb.
90deqiqe.Az xəbər verir ki, “Alaves”lə oyunun ilk hissəsində iki dəfə fərqlənən Rafinya cari mövsümdə La Liqada vurduğu qolların sayını 14-ə çatdırıb.
XXI əsrdə bu turnirin ilk 10 oyununda yalnız Kriştiano Ronaldo daha çox qol vurub. Portuqaliyalı futbolçu 2014/15 mövsümündə Madrid “Real”ının heyətində ilk 10 matçda 18 dəfə fərqlənib.
Xatırladaq ki, Rafinya 2022-ci ildən “Barselona”da çıxış edir. O, Kataloniya klubuna İngiltərənin “Lids” komandasından transfer olunub.