- İspaniya L.L.
- 02:23 01.11.2026
“Barselona”nın cinah hücumçusu Lamin Yamal İspaniya La Liqasının cari mövsümündə 10-cu qolunu vurub.
90deqiqe.Az-ın məlumatına görə, 19 yaşlı futbolçu “Alaves”lə görüşdə dubl edib. O, 45-ci və 64-cü dəqiqələrdə fərqlənib, 74-cü dəqiqədə isə əvəzlənib.
Beləliklə, Yamal çempionatda keçirdiyi 11 oyunda 10 qol vurub. Bu göstəriciyə görə o, yalnız komanda yoldaşı Rafinya Diasdan (15 qol) və Madrid “Real”ının hücumçusu Kilian Mbappedən (11 qol) geri qalır.
“Barselona”nın gənc ulduzu cari La Liqa mövsümündə yeddi məhsuldar ötürmə də verib. Onlardan biri “Alaves”lə bugünkü matçda qeydə alınıb.
Bütün turnirlər nəzərə alınmaqla, Yamal cari mövsümdə 14 oyunda 12 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.