- İspaniya L.L.
- 02:23 01.11.2026
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes La Liqanın 11-ci turunda “Alaves” üzərində 6:1 hesablı qələbədən sonra müsahibə verib.
90deqiqe.Az xəbər verir ki, "The Touchline" nəşri 23 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
“Bilirdik ki, asan olmayacaq, amma əla çıxış etdik. “Real” və PSJ-yə məğlub olduğumuz çətin həftədən sonra özümüzü doğrultmalı idik. “Kamp Nou” azarkeşlərinə dəstəklərinə görə təşəkkür edirik. Qələbələr seriyasına qayıdacağıq.
Azarkeşlərimizin bizim kimi məyus olduqlarını bilirik. Amma titullar may ayında qazanılır. Biz mütləq vacib titullara sahib olacağıq”
Qeyd edək ki, ispaniyalı futbolçu matçda bir qol vurub və iki məhsuldar ötürmə edib. O, qarşılaşmanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.
Hans-Diter Flikin rəhbərlik etdiyi kollektiv 30 xalla turnir cədvəlinə başçılıq edir. Madrid “Atletiko”su 28 xalla ikinci, ehtiyatda bir oyunu olan “Real” isə 24 xalla üçüncü pillədə qərarlaşıb.