- İspaniya L.L.
- 19:09 01.11.2026
İspaniya çempionatının 11-ci turunda “Xetafe” doğma meydanda “Sevilya”nı 3:1 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, ilk qolu buraxan meydan sahibləri fasilədən sonra oyunun gedişini dəyişərək üç dəfə fərqləniblər.
Qarşılaşmada hesabı 19-cu dəqiqədə qonaqların müdafiəçisi Kike Salas açıb. Fasiləyədək “Xetafe” hesabı bərabərləşdirə bilməyib və komandalar ikinci hissəyə “Sevilya”nın minimal üstünlüyü ilə çıxıblar.
Fasilədən sonra meydan sahibləri təşəbbüsü ələ alıblar. 68-ci dəqiqədə Enes Ünal hesabı bərabərləşdirib. Cəmi beş dəqiqə sonra Martin Satriano “Xetafe”ni önə keçirib.
“Sevilya” hesabı bərabərləşdirməyə çalışsa da, əlavə olunmuş dəqiqələrdə Orelyen Manqala oyunda son nöqtəni qoyaraq “Xetafe”nin 3:1 hesablı qələbəsini rəsmiləşdirib.