- İspaniya L.L.
- 21:20 01.11.2026
İspaniya La Liqasının 2026/2027 mövsümünün 11-ci turunda “Real Madrid” səfərdə “Rasinq”i 3:0 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, Santander şəhərindəki “Kampоs de Sport de El Sardinero” stadionunda keçirilən görüşün baş hakimi Xose Munuera Montero olub.
Matçın 11-ci dəqiqəsində Kilian Mbappe penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 21-ci dəqiqədə Cud Bellingem fərqi iki topa çatdırıb. 36-cı dəqiqədə isə cinah hücumçusu Yan Diomande “Real Madrid”in üçüncü qolunu vurub.
Oyunun 72-ci dəqiqəsində VAR-a baxışdan sonra “Real Madrid”in qapısına təyin olunan penalti ləğv edilib.
Bu qələbədən sonra “Real Madrid” mövsümdə xallarının sayını 27-yə çatdırıb. Madrid klubu turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və lider “Barselona”dan üç xal geri qalır. 11 xalı olan “Rasinq” isə 16-cı yerdədir.