- İspaniya L.L.
- 23:31 01.11.2026
İspaniya çempionatının 11-ci turunda “Valensiya” səfərdə “Elçe”yə 1:0 hesabı ilə qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmanın taleyini ikinci hissədə vurulan yeganə qol həll edib.
Matçın ilk yarısında komandalar hesabı aça bilməyiblər. Fasilədən sonra da qapılar qarşısında təhlükəli hücumlar davam etsə də, hesab yalnız 69-cu dəqiqədə dəyişib. Arno Danjuma məhsuldar ötürmə ilə Umar Sadikin qol vurmasına şərait yaradıb.
“Valensiya” matçın sonunadək minimal üstünlüyünü qoruyaraq səfərdən üç xalla ayrılıb.