- İspaniya L.L.
- 22:04 02.11.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiəçi Andreas Kristensenin zədədən sonrakı bərpa prosesi barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, alman mütəxəssis danimarkalı müdafiəçinin noyabrın 8-də “Atletiko” ilə keçiriləcək qarşılaşmada iştirak edib-etməyəcəyinə dair suala belə cavab verib:
“Hazırda gözləmək lazımdır. Dünən komanda ilə məşq etdi, lakin yalnız mövqeyə uyğun tapşırıqda iştirak etdi və neytral oyunçu rolunda çıxış etdi. Bu həftə vəziyyətin necə inkişaf edəcəyinə baxacağıq”.
Qeyd edək ki, futbolçu sentyabr ayında “Sevilya” ilə oyunda bud nahiyəsindən zədə alıb.“Atletiko” – “Barselona” matçı 2026-cı il noyabrın 8-də La Liqanın 12-ci turu çərçivəsində keçiriləcək. Komandalar turnir cədvəlində müvafiq olaraq ikinci və birinci yerlərdə qərarlaşıblar. “Atletiko”nun 28, “Barselona”nın isə 30 xalı var.