- İspaniya L.L.
- 22:04 02.11.2026
İngiltərə millisinin və Madrid “Real”ının sabiq hücumçusu Maykl Ouen İspaniya klubuna transferi ilə bağlı xatirələrini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, “Qızıl top”un sahibi “Liverpul”dan ayrılmaq barədə düşünmədiyini, lakin agentindən gələn təklifdən sonra “Real”a keçməyə razılıq verdiyini bildirib.
“Mən “Liverpul”dan ayrılmaq barədə heç düşünmürdüm. Amma hazırlıq toplanışı zamanı agentim zəng edərək mənə təklif irəli sürdü. Nəticədə keçidə razılıq verdim. Müqaviləni imzalayanda geri dönüş yolunun olmadığını anladım. Hər şeyi geridə qoyaraq hava limanına gedərkən göz yaşlarımı saxlaya bilmədim”, – deyə Ouenin sözlərini “Mundo Deportivo” nəşri sitat gətirib.
Xatırladaq ki, Maykl Ouen 2004-2005-ci illərdə Madrid klubunun formasını geyinib. Daha sonra İngiltərəyə qayıdan hücumçu “Nyukasl”, “Mançester Yunayted” və “Stok Siti” komandalarında çıxış edib.