- İspaniya L.L.
- 00:04 03.11.2026
Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone nigeriyalı hücumçu Ademola Lukmanın çıxışı ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın “AS” nəşrinə istinadən məlumatına görə, argentinalı çalışdırıcı onun yenidən əvvəlki formasına qayıdacağına inandığını bildirib.
“Mövsüm onun üçün istədiyi kimi başlamayıb. Amma Xulian Alvares də çətin dövr yaşayıb və bunun öhdəsindən gəlməyi bacarıb. Qrizmannın da qol vura bilmədiyi bir mərhələ olub, lakin o da bu vəziyyətdən çıxıb. Futbolda belə hallar olur.
Lukman bizim üçün çox vacibdir, çünki o, təkbətək mübarizələrdə ən yaxşı oyunçularımızdan biridir. Hücumun son mərhələsində qol vəziyyəti yarada biləcək epizod qurmaq qabiliyyətinə malikdir. Mən ona çox inanıram.
Onun ruhdan düşməsini istəmirəm. Bu, həyatın və futbolun bir hissəsidir. Yenidən qol vurmağa, məhsuldar ötürmələr etməyə və özünəinamını bərpa edənə qədər işləməyə və özünə inanmağa davam etməlidir. Ümid edirəm ki, hər şey məhz belə olacaq”.
Qeyd edək ki, 2026-cı ilin fevralında “Atalanta”dan transfer olunan futbolçu mövsümə istədiyi kimi başlaya bilməyib.29 yaşlı futbolçu cari mövsümdə 12 matçda iki qol vurub və bir məhsuldar ötürmə verib.