4 noyabr 2026. Çərşənbə

Rafinya “Barselona”da Ronaldinyonun rekordunu təkrarlayıb


Rafinya “Barselona”da Ronaldinyonun rekordunu təkrarlayıb

“Barselona”nın hücumçusu Rafinya Dias klubun heyətində vurduğu qolların sayına görə əfsanəvi həmyerlisi Ronaldinyoya çatıb.

90deqiqe.Az xəbər verir ki, kataloniyalıların kapitanı UEFA Çempionlar Liqasının “Aston Villa” ilə oyununda (3:0) 52-ci və 64-cü dəqiqələrdə fərqlənərək dubl edib.

“Barca Universal”ın məlumatına görə, bu qollarla braziliyalı futbolçunun “Barselona”nın heyətində bütün turnirlərdə vurduğu qolların sayı 94-ə çatıb. Beləliklə, o, 2003-2008-ci illərdə Kataloniya klubunda çıxış etmiş Ronaldinyonun göstəricisini təkrarlayıb.

Maraqlıdır ki, Rafinyaya “Barselona” forması ilə 94 qola çatmaq üçün 190 oyun kifayət edib. Ronaldinyo isə bu nəticəyə 207 matçda imza atıb.







İspaniya L.L.

“Mən ona çox inanıram”
  • İspaniya L.L.
  • 00:04 03.11.2026
“Mən ona çox inanıram”