- İspaniya L.L.
- 23:51 04.11.2026
“Barselona” Rafinya Diasla müqaviləni 2030-cu il iyunun 30-dək uzadacağını rəsmiləşdirib.
90deqiqe.Az xəbər verir ki, braziliyalı hücumçu ilə yeni müqavilənin imzalanma mərasimi noyabrın 5-i klub prezidenti Joan Laportanın kabinetində keçiriləcək.
Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Mərasimdən sonra futbolçu media nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, Rafinya 2022-ci ilin yayından “Barselona”da çıxış edir. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Braziliyalı futbolçu cari mövsümdə İspaniya çempionatında 10 oyunda iştirak edib, 15 qol vurub və komanda yoldaşlarına üç məhsuldar ötürmə verib.