5 noyabr 2026. Cümə axşamı

Koke “Atletiko” tarixində ilkə imza atıb


Koke “Atletiko” tarixində ilkə imza atıb

Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Koke klubun əsas komandasında 750-ci rəsmi oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, o, Madrid təmsilçisinin tarixində bu göstəriciyə çatan ilk futbolçu olub.

 750 oyun həddi noyabrın 3-də UEFA Çempionlar Liqasında “Bavariya”ya qarşı keçirilən matçda geridə qalıb.

Koke İspaniya futbolu tarixində bir klubun heyətində ən azı 750 oyun keçirən üçüncü futbolçu olub. Bundan əvvəl bu göstəriciyə yalnız “Barselona”nın sabiq oyunçuları Lionel Messi (778 matç) və Xavi (767 matç) nail olublar.

Qeyd edək ki, “Atletiko” akademiyasının yetirməsi olan 34 yaşlı Koke 2009-cu ildən əsas komandada çıxış edir. O, bu müddət ərzində iki dəfə İspaniya çempionu olub və iki dəfə Avropa Liqasını qazanıb.







İspaniya L.L.

“Mən ona çox inanıram”
  • İspaniya L.L.
  • 00:04 03.11.2026
“Mən ona çox inanıram”