- İspaniya L.L.
- 22:36 05.11.2026
Portuqaliya millisinin baş məşqçisi Joze Mourinyo hücumçu Kriştiano Ronaldonun milli komandadakı karyerasını başa vurmaq qərarını şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis futbolçu ilə bu barədə əvvəlcədən söhbət etdiyini və onun millidə qalmasını istədiyini bildirib.
“Bu, tamamilə onun öz qərarıdır. İlk çağırışdan əvvəl bu barədə danışmaq imkanımız olmuşdu. Ondan mənimlə birlikdə çıxışını davam etdirməsini xahiş etdim, çünki onun komandada yanımda olmasına ehtiyacım var idi. Lakin seçiminə hörmətlə yanaşmalıyam. O, hər zaman portuqaliyalıların qəlbində yaşayacaq və milli komanda üçün nümunə olaraq qalacaq”, – deyə Mourinyonun sözlərini “Record” nəşri yayıb.
Qeyd edək ki, Kriştiano Ronaldo noyabrın 5-də, cümə axşamı günü Portuqaliya millisindəki karyerasını başa vurmaq qərarını açıqlayıb. Təcrübəli futbolçu 2003-cü ildən Portuqaliya yığmasının formasını geyinirdi.