5 noyabr 2026. Cümə axşamı

“Məqsədim Çempionlar Liqasını və digər üç kuboku qazanmaqdır”


“Məqsədim Çempionlar Liqasını və digər üç kuboku qazanmaqdır”

“Barselona”nın hücumçusu Rafinya Dias komandanın UEFA Çempionlar Liqasında PSJ-yə, İspaniya La Liqasında isə “Real Madrid”ə məğlub olmasından sonrakı əhval-ruhiyyəsindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, braziliyalı futbolçu komandanın hazırda yaxşı formada olduğunu və məğlubiyyətlərin onların hədəflərinə təsir etməyəcəyini bildirib.

“Komanda yaxşı formadadır və özünü əla hiss edir. PSJ və “Real Madrid”ə məğlubiyyətləri həzm etmək çətindir. Lakin daha əvvəl də demişəm ki, bu nəticələr heç nəyi dəyişməyəcək. Şəxsi məqsədim, əlbəttə ki, Çempionlar Liqasını qazanmaqdır. Bununla yanaşı, mübarizə apardığımız digər üç kuboku da əldə etmək istəyirəm”, – deyə Rafinyanın sözlərini “Marca” nəşri yayıb.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi dörd oyunun üçündə qələbə qazanıb, birində isə məğlub olub. Kataloniya təmsilçisi topladığı 9 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.







İspaniya L.L.

“Mən ona çox inanıram”
  • İspaniya L.L.
  • 00:04 03.11.2026
“Mən ona çox inanıram”