- İspaniya L.L.
- 23:23 05.11.2026
“Real Madrid”in müdafiəçisi Eder Militao UEFA Çempionlar Liqasının əsas mərhələsində AEK ilə keçirilən və 3:2 hesabı ilə başa çatan qələbə matçından sonra fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, braziliyalı futbolçu klubun mətbuat xidmətinə açıqlamasında özünü yaxşı hiss etdiyini, lakin hazırda güclü ağrılarının olduğunu bildirib:
“Özümü çox yaxşı hiss edirəm, baxmayaraq ki, hazırda güclü ağrı keçirirəm. Altı aylıq fasilədən sonra yenidən sevdiyim işlə məşğul ola və 90 dəqiqə oynaya bildiyim üçün çox xoşbəxtəm”.
Qeyd edək ki, cari mövsümdə ilk dəfə Madrid klubunun start heyətində meydana çıxan müdafiəçi qarşılaşmada 90 dəqiqə mübarizə aparıb. AEK ilə görüş Militaonun cari mövsümdə “Real Madrid”in heyətində ikinci oyunu olub. Onun hesabında hələlik məhsuldar göstərici yoxdur.
Madrid təmsilçisi növbəti oyununu noyabrın 7-də “Valensiya”ya qarşı keçirəcək.