6 noyabr 2026. Cümə

Umtitidən Vinisiusa sərt tənqid - “Artıq əvvəlki kimi qorxu yaratmır”


Umtitidən Vinisiusa sərt tənqid  - “Artıq əvvəlki kimi qorxu yaratmır”

“Barselona”nın sabiq futbolçusu Samuel Umtiti “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Juniorun hazırkı oyun forması barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, fransalı keçmiş müdafiəçi bu barədə "RMC Sport" telekanalının efirində danışıb.Umtiti braziliyalı futbolçunun son dövrlərdə əvvəlki səviyyəsində çıxış etmədiyini bildirib:

“Ona yazığım gəlir! Artıq bir neçə həftədir, hətta aylardır və bəlkə də daha uzun müddətdir ki, ən yaxşı formasında deyil. O, artıq rəqiblərində əvvəlki kimi qorxu yaratmır. Qızıl topu qazana bilmədikdən sonra əvvəlki Vinisius deyil. Artıq onun parlaq oyununu görə bilmirik”.

Qeyd edək ki, Vinisius Junior cari mövsümdə “Real Madrid”in heyətində 12 oyunda meydana çıxıb. 26 yaşlı braziliyalı futbolçu bu qarşılaşmalarda bir qol vurub və üç məhsuldar ötürmə edib.

Onun Madrid klubu ilə müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir.







İspaniya L.L.

“Mən ona çox inanıram”
  • İspaniya L.L.
  • 00:04 03.11.2026
“Mən ona çox inanıram”