- İspaniya L.L.
- 22:12 06.11.2026
İspaniyanın “Real” klubu hücumçu Vinisius Juniorun son vaxtlar nümayiş etdirdiyi zəif performansın səbəblərini araşdırıb.
90deqiqe.Az-ın “El Debate” nəşrinə istinadən məlumatına görə, Madrid təmsilçisinin qənaətinə görə, braziliyalı futbolçunun oyunundakı geriləmə sırf idman göstəriciləri ilə bağlıdır və buna təsir edən kənar amillər yoxdur.
Baş məşqçi Joze Mourinyo Vinisiusun əvvəlki formasını bərpa etməsinə kömək etmək niyyətindədir. Bununla belə, komandanın maraqları əsas prioritet olaraq qalır. Zərurət yaranarsa, braziliyalı futbolçu ehtiyat oyunçular skamyasında qala bilər.
Klubda Yan Diomandenin sol cinahda effektiv çıxış etdiyi də nəzərə alınır. “Real” rəhbərliyi Vinisiusun fil dişili futbolçunun inkişafına mane olmasını istəmir.
İspaniya mətbuatının məlumatına görə, Vinisiusun vəziyyəti düzəltməsi üçün bir ay vaxtı var. Dekabrda “Arsenal” və “Atletik”lə səfər oyunları braziliyalı hücumçu üçün həlledici mərhələ hesab olunur.
Qeyd edək ki, “Real” noyabrın 7-də İspaniya çempionatında səfərdə “Valensiya” ilə qarşılaşacaq.