6 noyabr 2026. Cümə

Reşford Lamin Yamalın yeddi “Qızıl top” qazana biləcəyini düşünür


Reşford Lamin Yamalın yeddi “Qızıl top” qazana biləcəyini düşünür

“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Barselona”nın futbolçusu Lamin Yamalın karyerası ərzində çoxsaylı “Qızıl top” mükafatları qazana biləcəyini düşünür.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərə millisinin sabiq üzvü 19 yaşlı futbolçunun gələcək uğurlarına inandığını bildirib.

“Mən bu gənc futbolçuya səmimi qəlbdən inanıram. Yamal karyerası ərzində yeddi “Qızıl top” qazansa, buna heç təəccüblənmərəm. O, artıq bu mükafat uğrunda səsvermədə ikinci, üçüncü və səkkizinci yerləri tutub. Həm də cəmi 19 yaşı var”, – deyə Reşfordun sözlərini “Mundo Deportivo” nəşri yayıb.

Qeyd edək ki, “Qızıl top” mükafatının rekordçusu Lionel Messidir. Argentinalı futbolçu bu mükafata səkkiz dəfə layiq görülüb. Beş dəfə “Qızıl top” qazanan Kriştiano Ronaldo isə siyahıda ikinci yerdədir.







İspaniya L.L.