- İspaniya L.L.
- 17:59 07.11.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, alman çalışdırıcı bu barədə mətbuat konfransında bildirib.
“Alvares mənim üçün fantastik futbolçudur. Lakin o, “Atletiko”da çıxış edir, mən isə öz komandama diqqət yetirməliyəm”
Qeyd edək ki, argentinalı hücumçu ötən yay “Barselona”nın əsas transfer hədəflərindən biri olub. Kataloniya klubunun rəhbərliyi onun transferi üçün fəal çalışıb və hətta Madrid təmsilçisinə 100 milyon avroluq təklif göndərib. Lakin “Atletiko” futbolçunu buraxmaqdan imtina edib.
Xatırladaq ki, “Atletiko” – “Barselona” matçı noyabrın 8-də İspaniya La Liqasının 12-ci turu çərçivəsində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.