- İspaniya L.L.
- 18:44 07.11.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubun Rafinya Diasla müqaviləni uzatmaq qərarını şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis bu addımın həm klub, həm də braziliyalı futbolçu üçün ən doğru seçim olduğunu bildirib.
“Bu, həm klub, həm də Rafinya üçün ən yaxşı variantdır. Bu qərardan çox məmnunam. O, fantastik futbolçu və komandamızın kapitanıdır”, – deyə Flik “Atletiko” ilə matçdan əvvəl keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, “Barselona” noyabrın 5-də yeni müqavilə barədə məlumat yayıb. Braziliyalı futbolçu ilə anlaşmanın müddəti 2030-cu il iyunun 30-dək uzadılıb. Əvvəlki müqavilə 2028-ci ilə qədər qüvvədə idi.
Rafinya 2022-ci ilin yayından, “Lids”dən transfer olunduqdan sonra “Barselona”da çıxış edir.
Xatırladaq ki, “Barselona” sabah səfərdə “Atletiko” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.