8 noyabr 2026. Bazar günü

“Osasuna” son dəqiqələrdə məğlubiyyətdən xilas oldu


“Osasuna” son dəqiqələrdə məğlubiyyətdən xilas oldu

İspaniya La Liqasının XII turunda “Osasuna” doğma meydanda “Atletik”lə heç-heçə edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş 1:1 hesabı ilə başa çatıb. Hər iki qol matçın son dəqiqələrində vurulub.

Qarşılaşmanın 85-ci dəqiqəsində “Atletik”in vingeri Niko Uilyams fərqlənərək komandasını önə keçirib. Lakin meydan sahibləri məğlubiyyətlə barışmayıblar.

“Osasuna” 90+1-ci dəqiqədə Alexandro Katenanın qolu ilə hesabı bərabərləşdirərək bir xalı xilas edib.







İspaniya L.L.