8 noyabr 2026. Bazar günü

“Real Sosyedad” “Rayo Valyekano”ya qalib gəldi


“Real Sosyedad” “Rayo Valyekano”ya qalib gəldi

İspaniya La Liqasının 12-ci turunda “Real Sosyedad” doğma meydanda “Rayo Valyekano”nu qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, San-Sebastyandakı görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Gərgin keçən qarşılaşmanın taleyi ikinci hissədə həll olunub. 67-ci dəqiqədə Ander Barreneçeanın ötürməsindən sonra Orri Oskarsson dəqiq zərbə ilə “Real Sosyedad”a qələbə qazandıran qolu vurub.

Buraxılan qoldan sonra “Rayo Valyekano” hesabı bərabərləşdirməyə çalışsa da, bask klubunun müdafiəsini yarmaq mümkün olmayıb.

Qeyd edək ki, Rusiya millisinin yarımmüdafiəçisi Arsen Zaxaryan matçı ehtiyat oyunçular skamyasında keçirib və meydana çıxmayıb.







İspaniya L.L.