- İspaniya L.L.
- 01:59 09.11.2026
Əfsanəvi futbolçu Raul Qonsales İspaniyanın “Real Oviedo” klubunun baş məşqçisi postuna namizədlərdən biridir.
90deqiqe.Az-ın "Marca" nəşrinə istinadən məlumatına görə, 49 yaşlı mütəxəssis Madrid “Real”ından ayrıldıqdan sonra işsizdir. O, altı il ərzində paytaxt təmsilçisinin ikinci komandası olan “Kastilya”ya rəhbərlik edib.
“Real Oviedo”nun prezidenti keçmiş hücumçunun böyük azarkeşidir və Raulun namizədliyini dəstəkləyir.
Qeyd edək ki, “Real Oviedo” cari mövsüm Sequndada uğurlu çıxış etmir. Komanda 13 turdan sonra 21 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. Klub ötən mövsüm La Liqada sonuncu yeri tutub.