9 noyabr 2026. Bazar ertəsi

“Barselona” Madriddə “Atletiko”ya qalib gəldi


“Barselona” Madriddə “Atletiko”ya qalib gəldi

İspaniya La Liqasının 12-ci turunda “Barselona” səfərdə Madrid “Atletiko”su ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Civitas Metropolitano” stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 10-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Culiano Simeone açıb. “Barselona” 45-ci dəqiqədə Fermin Lopesin qolu ilə tarazlığı bərpa edib. 66-cı dəqiqədə yenidən fərqlənən ispaniyalı yarımmüdafiəçi dubl edərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra 33 xala yüksələn “Barselona” turnir cədvəlinin liderliyinə qayıdıb. 28 xalı olan “Atletiko” isə üçüncü pillədə qərarlaşıb.

Növbəti turda “Atletiko” noyabrın 22-də səfərdə “Xetafe” ilə qarşılaşacaq. “Barselona” isə həmin gün doğma meydanda “Vilyarreal”ı qəbul edəcək.







İspaniya L.L.