- İspaniya L.L.
- 16:51 09.11.2026
İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi bəlli olub.
90deqiqe.Az-ın məlumatına görə, bu “Real”ın baş məşqçisi Joze Mourinyodur.
Madrid klubu ötən ay çempionatda keçirdiyi hər üç oyunda qələbə qazanıb. “Real” “Vilyarreal”ı 1:0, “Sevilya”nı 4:1 hesabı ilə məğlub edib. Paytaxt təmsilçisi səfərdə əzəli rəqibi “Barselona”nı da 2:1 hesabı ilə üstələyib.
12 turdan sonra 30 xal toplayan “Real” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda lider “Barselona”dan üç xal geri qalır.
Mourinyonun yetirmələri növbəti oyunlarını noyabrın 21-də “Selta”ya qarşı keçirəcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.